XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

10 Mart 2015 - 05:30

Bakıda 7 maşın toqquşdu, yaralılar var

Bakının Nizami rayonunda 7 maşının toqquşması ilə nəticələnən qəza baş verib. Babək prospektində qeydə alınan qəza zamanı sürücü və sərnişin olmaqla iki nəfər də xəsarət alıb. Nasir Həsənovun idarə etdiyi “Subaru” markalı maşın təmir sexindən çıxarkən arxadan gələn “VAZ 2105” markalı avtomobil ona çırpılıb. İdarəetməni itirən sürücü maşını bir başqa “Subaru”, ardınca isə 3 “Mercedes” və “VAZ 2107″ə çırpıb.

Qəza nəticəsində sürücülərdən Rəşad Kərimov və maşında olan bir sərnişini xəsarət alıb. Yaralılar təcili tibbi yardımla 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb(Ans).