XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2016 - 12:59

Sahə müvəkkilinin kabinetində partlayış- Polis kapitanı yaralandı

Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün səhər saat 08 radələrində rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev bədəninin çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.

Hazırda Rövşən Baliyev xəstəxanada həkim müayinəsindən keçir. Zaqatala Rayon Polis Şöbəsindən sayta bildirilib ki, hadisə Zaqatala RPŞ-nin Əliabad qəsəbəsində yerləşən polis sahə müvəkkilinin iş otaqğında baş verib. İlkin məlumata görə, Əliabad qəsəbəsində sahə müvəkkili işləyən polis kapıtanı Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyən zaman anidən partlayış baş verib. Nəticədə sahə müvəkkili çoxsaylı qəlpə yaraları alıb.

Sahə müvəkkilinin iş otağı Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun sağ sahilində, Əliabad qəsəbəsinin girişində, hər həftənin bazar günləri fəaliyyət göstərən bazarda yerləşir. Hadisə şəhidlərinin verdiyi məlumata görə, xoşbəxtlikdən partlayış baş verən otağın ətrafında xırda ticarətlə məşğul olan insanlardan xəsarət alan olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində əməliyyat tədbirləri apararaq hadisənin baş vermə səbəblərini araşdırırlar.

Onu da qeyd edək ki, sahə müvəkilinin otağına əl qumbarası yerləşdirildiyi barədə şayiələr yayılıb(APA).