XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 09:23

Bakıda maşınların sürət həddi yenə dəyişdi – Yol polisi açıqlama yaydı

Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bu mühüm idman yarışına cəlb edilən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların keçdiyi bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən AzərTac-a bildiriblər ki, Bakı Kənar Dairəvi yolda nəqliyyat vasitələrinin maksimum hərəkət sürəti saatda 80, xüsusi zolaqlarla kəsişmə yerlərində isə saatda 40 kilometrə endirilib.