XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

02 May 2016 - 23:21

“Bandotdel” əməliyyat keçirdi- "Facebook" və "İnstagram"da vətəndaşları aldadan şəxs saxlanıldı

Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Strateq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istindaən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində “İnstagram” və “Facebook” sosial şəbəklərində saxta profillər vasitəsilə özünü, guya, onlayn silah satan şəxs kimi təqdim edərək çoxlu sayda vətəndaşı dələduzluq yolu ilə aldadaraq, onların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Ağaməmmədzadə “İnstagram” sosial şəbəkəsində yaratdığı “arif_memmedov.85”, eləcə də “baku_orujie_online” adlı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib.

Silah almaq istəyən şəxslər online sistemlər vasitəsilə ödəniş edəndən sonra E.Ağaməmmədzadə zərərçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib.

Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.