XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2016 - 15:45

AXCP Rəyasət Heyəti üzvünün cəzası azaldıldı –Ali Məhkəmənin qərarı

asif-yusifli

Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusiflinin kassasiya şikayətinə baxılıb.

Kassasiya şikayəti qismən təmin edilib və onun cəzası 1 il 6 ay azaldılıb(Lent.az).

Qeyd edək ki, Asif Yusifli Fəridə Zülfüqarova adlı bir zərərçəkənin şikayəti əsasında həbs olunub. Onun vəsaitini mənimsədiyi iddia olunur. Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Asif Yusiflini 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Daha sonra kassasiya şikayəti verilib. Şikayətdə onun barəsində olan qərarın ləğv edilməsi və bəraət verilməsi istənilib.

Asif Yusifli Qarabağ döyüşlərində əlil olub.