XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 10:13

Gəncədə çay evində qumbara partlatdılar- Ölənlər var

Ötən gecə Gəncə şəhərinin Abbas Səhhət adlanan yaşayış massivində yerləşən çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. 22 yaşlı Orxan Mirzəyev, 18 yaşlı Nəriman Əhmədov və 41 yaşlı Sadiq Əhmədov Abbas Səhhət adına şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti kafidir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.