Saray qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova əri ilə birlikdə evində amansızcasına qətlə yetirilib. Axar.az-a Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, qətlin motivi bilinmir, amma qatilin Laçınlı Fədail adlı şəxs olduğu ehtimal edilir. Qatilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri başlayıb. Fakt Abşeron rayon Prokurorluğunda araşdırılır.