XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 06:24

Bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb

Faktla bağlı araşdırmalar davam etdirilir

Azərbaycanda bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb. “Report”un məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1980-cı il təvəllüdlü Hüseynov Fədai Güloğlan oğlu tutulub. O, ifadəsi zamanı cinayəti törətdiyini etiraf edib.

Qeyd edək ki, Abşeron rayon Saray qəsəbəsinin sədri 1976-cı il təvəllüdlü Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənov ötən gecə yaşadıqları evdə qətlə yetiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.