Bu gün Nəsimi rayon Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətinə baxılıb.
Bu barədə məlumat verən T.Bağırovun vəkili Elçin Sadıqov bildirib ki, məhkəmə vəsatəti təmin etməyib.
APA