XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 13:30

DİN bölmədə vəfat edən şəxslə bağlı açıqlama yaydı:"Ürək xəstəsi idi, infarktdan ölüb..."

DIN

Daxili İşlər Nazirliyi Polis bölməsinə dəvət olunan vətəndaşın ölümüylə bağlı məlumat yayıb.

Strateq.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib.

Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov PB-nin həyətindəki oturacaqda infarktdan ölüb.

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkməsini bildirib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.