XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 15:48

“Həmin müəllimi sürgün eləmək lazımdır” –Deputatdan Şamaxıdakı olaya reaksiya

agacan-ebiyev

“9-cu sinif şagirdinin hamilə qalmasına səbəb olan müəllimi sürgün eləmək lazımdır”.

Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ağacan Abıyev Şamaxı Rayonunda müəllimindən hamilə qalan şagird olayına münasibətində deyib.

A.Abıyev baş vermis hadisəni insanlığa sığmayan cinayət adlandırıb: “O müəllim adam deyil, heyvandır. Onu insan saymaq olmaz. 80 yaşım var, həyatımda ilk dəfədir ki, belə insanlığa sığmayan hadisə ilə qarşılaşıram. Bu, vəhşilikdir, 9-cu sinif şagirdini hamilə qoyan xəstə adamdır. Bu həm də insanlığa qarşı xəyanətdir”. 

A.Əbıyev 15 yaşlı şagirdi hamilə buraxan müəllimlə bağlı təklif də irəli sürüb: “Əgər doğrudan da bu işin arxasında müəllim adını daşıyan şəxs dayanırsa, onu məhkəmə ilə dəlixanaya salmaq lazımdır. 15 yaşlı uşaqla yaxınlıq edibsə, o, insan deyil. O, müəllim deyil, hətta insan kimi ən böyük cinayətini edib”(AzNews.az). 

Qeyd edək ki, Şamaxı rayon Pirbəhli kənd orta məktəbində biabırçı hadisə baş verib. 9-cu sinif şagirdi seksual xarakterli hərəkətlərə məruz qalıb. Onun müəllimi İbrahimov Elnur Həsənağa oğlundan 7 aylıq hamilə olduğu deyilir. 

Hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi açılıb. Araşdırma gedir.