XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 İyun 2015 - 09:23

İstanbulda dənizdə azərbaycanlı gəncin meyiti tapılıb
İstanbulda dənizdə azərbaycanlı gəncin meyiti tapılıb
Bu gün İstanbulda Haliç körfəzində azərbaycanlı gəncin meyiti tapılıb.
Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih Haliç körfəzində dənizdən bir kişi meyiti çıxarılıb.
Səhər təxminən saat 9 radələrində cəsədi görən sakinlər polisə xəbər verib. Hadisə yerinə gələn dəniz polisi cəsədi sahilə çıxarıb.
Polislər meyitin üzərində müayinə aparıblar. Cəsədin üzərindən Azərbaycan vətəndaşı, 24 yaşlı Nicat Kərimli adlı şəxsin sənədi və bəzi qeydlər tapılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.