XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2016 - 14:06

Amnistiya kimlərə şamil ediləcək –Deputatdan açıqlama

eli-husenli-1

"Sənəd qanunvericilik baxımından dürüst və amnistiya hqqında qərarlarının indiyədək təcrübəsinə əsaslanaraq mükəmməl hazırlanıb”.

Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O qeyd edib ki, artıq ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilməsi, xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan müsbət ənənəyə çevrilib:

"Fondun amnistiya təşəbbüsləri ölkəmidə cinayət hüquq siysətinin liberallaşdırılması məhkumaların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib.

Bu təşəbbüs həmçinin ölkəmizdə ictimai- siyasi sabitliyinin qorunmasına da öz töhfəsini verir. Əvvəllər də söylədiyimiz cəzaçəkən məhkumların sayına görə, ölkəmiz keçmiş sovet respublikalarını qabaqlayıb və Avropa ölkələri ilə bir sıradadaır. Nəzərə alsaq ki yeni amnistiya qərarından sonra burada söylənildiyi kimi təxminən 10 min şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir.

Bu məhkumların ümumi sayının təxminən 1/3-dir. Belə olan halda, ölkəmiz yuxarıda sadalanan müsbət göstəricini yenə də qoruyub saxlayacaq. Bu qərar əvvəlki qərala müqayisədə 3500 şəxsin tam azadlığa buraxılmasını da özündə ehtiva edir. Əvvəlki qərarda 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər ciddi rəqəmdir”.

Ə.Hüseynli qeyd edib ki, bütövlükdə amnistiya aktı 10 min nəfərə şamil olunur: "Əvvəlkilərlə müqayisədə 1000 nəfər çoxdur. Təbii ki, amnistiya qərarının ikinci hissəsi özündə bir neçə məhdudiyyətləri ehtiva edir. Bu da təbiidir. Çünki, ağır cinayətlərə ümumiyyətlə amnistiya qərarlarında yer verilmir. Cinayətin xarakteri və ictimai təhlükəsizliyi nəzərə alınmalıdır. Əks tədbirdə onun humanizm ideyası tətbiq edilə bilməz”.

Deputat bildirib ki, qərar 2016-cı ilin iyun ayının 15-də qüvvəyə minəcək. "Amnistiyanın hansı orqanlar tərəfindən hansı qaydada icra olunacağı müəyyən edilib:

"Qərarın ümumi icra müddəti 4 aydır. Amma tam əminliklə deyə bilərəm ki, Azərbaycanın ədliyyə, məhkəmə və hüquq-mühafizə orqanları bu qərarın daha tez icrasına nail olacaqlar. Hörmətli millət vəkilləri! Şübhə yoxdur ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu nəcib təşəbbüsü də hamılıqla dəstəklənəcək, amnistiya qərarı qəbul olunacaq və azad olunmuş minlərlə insanlar cəmiyyətə qovuşacaq. Araşdırmalar onu göstərir ki, fond tərəfindən təqdim edilmiş son amnistiya aktları ilə azadlığa buraxılanların arasında yenidən cinayət törətmək meylləri demək olar ki yoxdur.

Bu onu göstərir ki, Heydər Əliyev Fondu insan hüquqlarının qorunması sahəsində də qarşıya qoyduğu məqsədə nail olub. Buna görə əminliklə demək olar ki, respublika günü münasibətilə irəli sürülən amnistiya təşəbbüsü vətəndaşlarımızın dövlətə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasında öz töhfəsini verəcək. İnsanların haqq- ədalət inamını daha da möhkəmləndirəcək”.

Modern.az