XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

20 May 2016 - 18:30

Bakı Apellyasiya Məhkəməsi də Taleh Bağırova “yox” dedi –Məhkəmə qərarı

taleh-bagirov

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi” adlı təşkilatının sədri Taleh Bağırovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a vəkil Cavad Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlanılıb.

C.Cavadov bildirib ki, T.Bağırov məhkəmədə iştirak etməyib: "Hüquqlarını müdafiə etdiyim şəxs Bakı Apellyasiya Məhkəməsinə ərizə göndərərək, öz istəyi ilə məhkəmədə iştirak etmək istəmədiyini bildirib".

Xatırladaq ki, ötən gün Nəsimi Rayon Məhkəməsində T.Bağırovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib.