XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2016 - 10:19

Bakıda məktəbdə yanğın, xəsarət alan yoxdur –Açıqlama

goycayda yangin

Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə baş verən yanğın hadisəsi nəticəsində xəsarət alan olmayıb.

Bu sözləri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

O qeyd edib ki, yanğın başlayan anda briqadalar ora cəlb olunub: “Bildiyim qədər şagird və müəllim heyəti təxliyə olunub və onlar arasında xəsarət alanlar olmayıb”.

Qeyd edək ki, bu gün səhərt saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib. Yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb(Modern.az).