XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

24 May 2016 - 23:55

Avropa Məhkəməsi Rusiyaya qarşı qaldırılmış iddianı qəbul etdi –Təyyarə qalmaqalı

avropa-mehkemesi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ukraynada 2014-cü ilin iyulunda sərnişin təyyarəsinin vurulması nəticəsində ölən şəxslərin qohumlarının Rusiyaya qarşı qaldırdıqları iddianı qəbul edib.

Bu barədə “RİA Novosti”yə AİHM-nin mətbuat xidmətindən bildirilib.

“Biz təsdiqləyirik ki, Ukraynadakı təyyarə qəzasına görə Rusiyaya qarşı qaldırılmış iddia 2016-cı ilin mayın 9-da katiblik tərəfindən qəbul edilib”, – deyə, mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarə qurbanlarının Malayziya, Avstraliya və Yeni Zelandiyadan olan 33 qohumu Rusiyaya qarşı iddiaçı qismində çıxış edib.

Xatırladaq ki, 2014-cü ilin iyulun 17-də “Malaysia Airlines” aviaşirkətinin Amsterdam – Kuala-Lumpur marşrutu üzrə uçan “Boeing 777” tipli təyyarəsinin Donetsk vilayətində vurulması nəticəsində 298 nəfər həlak olmuşdu. 

APA.az