XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 15:10

Keçmiş məmurun içində 50 min pul olan seyfini oğurlayandəstə yaxalandı

ogurluq

"İçərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlamış paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulub".

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Bakı şəhər sakini Mübariz Mədətova məxsus evdən içərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlamış paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov saxlanılıb.

Xatırladaq ki, Mübariz Mədətov Xəzər Dəniz Gəmiçilik İdarəsinin keçmiş sədr müavinidir. O, daha çox qəza törədən oğlunun əməlləri ilə gündəmə gəlib.