XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 12:07

Ermənistanda öldürülən rus əsgərin xidmət yoldaşı həbs edildi

Ermənistanda öldürülən rus əsgərin xidmət yoldaşı həbs edildi

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102 saylı hərbi bazasında xidmət edən İvan Novikov adlı əsgərin öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb.

Trend-in “News.am” saytına istinadən verdiyi məlumata əsasən, bu barədə jurnalistlərə baza rəisinin şəxsi heyətlə iş üzrə müavini Aleksey Polyuxoviç deyib.
O bildirib ki, saxlanılan şəxs müqavilə əsasında bazada xidmət göstərən əsgər olub: “Müstəntiqlər onun ifadəsini alırlar. Adını açıqlaya bilmərəm”.
A.Polyuxoviç baş vermiş hadisə ilə bağlı şərh verməkdən imtina edib.
* * *13:18
Bu gün Ermənistanın Gümrü şəhərindəki “Ana Ermənistan” abidəsinin yaxınlığında gənc kişi meyiti tapılıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Şirak vilayətinin prokuroru Raffi Aslanyan məlumat verib.
Aslanyanın sözlərinə görə, meyit abidənin yaxınlığındakı ərazidə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub. Həmçinin həmin şəxsin kimliyi də müəyyənləşdirilib. Qətlə yetirilən şəxs Rusiyanın Gümrüdə dislokasiya olunmuş hərbi bazasının hərbi qulluqçusu İvan Novikovdur. R.Aslanyanın sözlərinə görə, İ.Novikov cəmi iki ay əvvəl hərbi xidmətə çağırılıbmış.