Bərdədə hasarın altında qalan 5 yaşlı uşaq ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, mayın 9-da Bərdə rayonunun Otuzikilər kəndində kənd sakini Xanməd Əsgərov idarə etdiyi “T-28” markalı traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı Rüfət Hətəmovun üstünə aşıb.
R.Hətəmov mayın 27-də xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.