XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2016 - 17:27

Dillər Unversitetinin rektor əvəzinin evini soydular:65 min pul oğurladılar

rektor

Dövlət Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusovun mənzili qarət edilib.

Hadisə paytaxtın Xətai rayonu  Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib.  Sözügedən ünvana daxil olan oğrular rektor əvəzinin həyat yoldaşı Zəridə Yunusovanın  əl və ayaqlarını iplə bağlayaraq döyüb. Daha sonra onlar mənzildən 65000 manat pul və 15000 manat dəyərində qızıl əşyalar aparıb”. (Gununsesi.info)

Qarət olunan məzilə yollanan əməkdaşımız zərərçəkənlə söhbət etmək istəsə də buna nail ola bilməyib. Zərərçəkənin qonşusu Yusif Nurullayevin sözlərinə görə hadisə ötən gün səhər saat 11 radələrində baş verib. 249 saylı orta məktəbdə  ingilisdili müəlliməsi  işləyən Zəridə xanım dərsdən evə qayıdanda oğruların hücumuna məruz qalıb.Daha sonra özünə gələn Zəridə Yunusova Xətai rayon polis şöbəsi məlumat verib. Mənzilə baxış keçirən istintaq qrupu oradan barmaq izləri götürüblər. Aparılmış əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə saxlanılıblar.