XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 21:45

Bakıda sərnişin avtobusu abadlıq işçilərini vurdu –İki nəfər ağır yaralandı (FOTOLAR)

avtobus-qezzaa

Bakıda sərnişin avtobusu yol abadlığı ilə məşğul olan texnikaya çırpılıb, “Bakı Abadlıq Xidməti” MMC-nin iki əməkdaşı ağır yaralanıb. 

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 171 saylı xətt üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusu “Bakı Abadlıq Xidməti”nə məxsus elektromobilə çırpılıb. 

Hadisə nəticəsində yol kənarındakı yaşıllıqları suvaran işçilər –  İlqar Şabanov və Elnur Babazədə ağır xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb. 

Şahidlərin sözlərinə görə, hadisədən əvvəl iki sərnişin avtobusu bir-biri ilə ötüşürmüş. Sürücü Mehman Əliyev digər avtobusu ötərkən yol kənarındakı kiçik elektromobili gec görüb. Sürət yüksək olduğundan, sürücü avtobusu saxlaya bilməyib. 

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, ilkin müayinələr aparılıb. Elektromobil avtobusun altında qaldığından, onu oradan çıxarmaq çətinlik yaradıb. 

Avtobus cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Musavat.com