XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 12:22

Nardaran sakiniazadlığa çıxdı

Ötən ay Nardaranda hakimiyyət nümayəndəsinə müqavimətdə təqsirləndirilərək inzibati qaydada həbs edilən Nardaran qəsəbə sakini Əbdülhüseyn Nuriyev azadlığa çıxıb.

Bu barədə Trend-ə Nardaran qəsəbə sakinləri məlumat verib.

Məlumatda bildirilir ki, Ə.Nuriyev iyunun 1-də inzibati həbs müddəti başa çatdığı üçün azad edilib.

Xatırladaq ki, Ə.Nuriyev mayın 1-də Nardaran qəsəbəsinin abadlaşdırılması məqsədilə aparılan söküntü işlərinə etiraz edərkən saxlanılmışdı. Sabunçu rayon Məhkəməsinin qərarı ilə Ə.Nuriyev barəsində 30 sutkalıq inzibati həbs seçilərək Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilmişdi.