XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 12:58

Bayraq Meydanının sabiq rəisi Rəşad Məmmədovunməhkəməsi keçirilib -Yenilənib

resad

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

  Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən A. Məmmədov özünü təqsirli bildiyini, digərləri isə özlərini təqsirli bilmədiklərini deyiblər. (APA)

Daha sonra prosesdə Rəşad Məmmədov ifadə verib. Bildirib ki, 2011-ci ildə prezident tərəfindən Bayraq Meydanı Kompleksi İdarəsinə sədr təyin edilib: “Bizim işimiz bayrağın təbliği və meydan ətrafında abadlıq işlərinin həyata keçirilməsindən ibarət idi. Mən vəzifəyə gələndə kifayət qədər maliyyəm var idi. Mənim heç nəyə ehtiyacım yox idi. İşçilərimlə bir ailə kimi olmuşam. Onlara bonus da, mükafat da vermişəm. Zabil Salmanovu İsfəndiyarın vasitəsi ilə tanımışam. Mən onun əmlakını ailəm üçün almışam. Orda haramçılığa yol verə bilməzdim. Sonradan Zabil bizi məhkəməyə verdi və kompensasiya tələb etdi. Həmin kompensasiyanı ödəməyi də İsfəndiyar boynuna götürdü”.

R. Məmmədov ittihamları qəbul etmədiyini deyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

 

 Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır. 

 Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

 Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb