XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 10:32

Şabranda iki yük avtomobili toqquşub,ölənlər var

Şabranda iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonu ərazisində "Kamaz" və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, dərhal nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub, "Ford" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 04:32-də başa çatıb.