XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 13:17

Şabrandakı ağır avtoqəzanın təfərrüatlarıməlum oldu - FOTO

İyunun 4-də Şabran rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəndov-Yalama yolunun 3-cü kilometrliyində qeydə alınıb. Xaçmaz rayonu istiqamətində hərəkətdə olan Sumqayıt şəhər sakini Emin Əhmədovun idarə etdiyi 99 XP 311 dövlət nömrə nişanlı “DAF” markalı yük maşını qarşıdan gələn Xaçmaz rayon Nərəcan kənd sakini Ramazan Hüseynovun idarə etdiyi 27 BN 614 nömrəli “Ford Transit” markalı avtomobillə toqquşub.

Zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində “DAF”-ın sürücüsü xəsarət almasa da, digər avtomobildə olanlar – 53 yaşlı sürücü Ramazan Hüseynov və sərnişin, Xaçmaz rayonu Müzəffəroba kənd sakini 63 yaşlı Ağarza Bədəlov hadisə yerində keçiniblər.