XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 17:13

Corabında narkotik keçirmək istədi, saxlanıldı- Gömrükdə əməliyyat

Astara Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı narkotik vasitələr aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, öncə sözügedən vətəndaşın ayaqqabısının hər tayında bir ədəd olmaqla, cəmi iki ədəd bükümdə 51 ədəd həb şəklində metadon, sonra isə hər iki ayağının pəncə hissəsində, corabın altında bir ədəd olmaqla, cəmi iki ədəd bağlamada ümumi xalis çəkisi 190,091 qram heroin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 51 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1400 milliqram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.