XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 09:51

Yol polisindən sərt xəbərdarlıq – 96 min sürücü cərimələndi

Təhlükəsizlik kəməri bağlamayan 96 mindən artıq sürücü məsuliyyətə cəlb olunub.

Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, avtomobillərdə təhlükəsizliyi təmin edən ən böyük vasitə hava yastığı və təhlükəsizlik kəmərləridir. Bu kəmərlərdən kimi sağlamlığı naminə, kimi yol polis əməkdaşının haqlı qınağına tuş gəlməmək, kimi də cərimə olunmamaq üçün istifadə edir. Hətta elə avtomobillər var ki, onların təhlükəsizlik kəməri belə yoxdur, ya da var, amma işləmir. Bəzi sürücülər unudur ki, nə qədər peşəkar olsalar da, baş verə biləcək bədbəxt hadisədən sığortalanmayıblar. Elə Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəqəm də sükan arxasındakı minlərlə sürücünün taleyinin sual altında qaldığını göstərir.

Avtomobillərdəki bu vacib detalın ən böyük missiyası qəza zamanı sürücünün qabağa meyillənməsinə imkan verməmək, onun baş nahiyəsinin ön şüşəyə, döş qəfəsinin isə sükana dəyməsinin qarşısını almaqdır. Avropa Oyunları ərəfəsində təhlükəsizlik kəmərlərindən istifadə edənlərin sayının xeyli azaldığını bildirən Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə xəbərdarlıq da edib.

BŞDYPİ-nin mətbuat katibi Kamran Əliyev deyir ki, təhlükəsizlik kəmərləri tək sürücüyə yox, elə sərnişinə də lazımdır. Bunun üçün sürücü 40 manat, sərnişin isə 30 manat cərimə olunurlar.

Təhlükəsizlik kəməri istifadə olunmayan yollarda maksimum sürət həddi aşağı olmalıdır.

Hazırda bütün sivil ölkələrdə təhlükəsizlik kəmərlərindən istifadə mütləqdir. Qaydaya etinasızlıq göstərənlər böyük məbləğdə cərimələnir. Hətta bəzi ölkələrdə sürücü kəmərdən istifadə etmirsə və qəza baş verirsə, ona sığorta ödənilmir. Elə ölkələr də var ki, orada təhlükəsizlik kəmərlərindən istifadə məcbur deyil. Qonşu ölkə Gürcüstanda olduğu kimi. Şəhərin mərkəzində maksimum sürət həddi 50-yə endirildiyi üçün kəmərdən istifadə etməmək olar. Bəzi ölkələrdə isə ümumiyyətlə sürücünün rahatlığı üçün kəmərdən istifadə qadağan olunub, sözsüz ki, belə hallarda sürət həddi 50 dən yuxarı deyil. Bizdə isə vəziyyət tam fərqldir.

Odur ki, sükan arxasında qəzasız-bəlasız yol getmək üçün kəmərlərdən istifadəni unutmayın!