XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 11:50

Ölkəyə qanunsuz gətirilən qızıl-zinət əşyaları aşkarlandı –Gömrükdə əməliyyat

samux-gomruk-300x208

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Mercedes-Benz E 220” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən  Strateq.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və 2 ədəd bağlamanı gömrük nəzarətinə təqdim edib. Baxış zamanı həmin bağlamaların içərisində gömrük bəyannaməsində göstərilməmiş, ümumi xalis çəkisi 562.13 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.