XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 13:57

Polis əməliyyatı –940 kq narkotik və silah ələ keçirildi

polis-idare-loqo

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları Biləsuvarda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Məcidov, Ağazakir Zəkiyev və qardaşı Ağakamal tutulublar.

Onların yaşadıqları Maştağa qəsəbəsindəki evlərinə baxış zamanı müvafiq sənədləri olmayan "Makarov" markalı tapança, "Vinçester" markalı ov tüfəngi, 1 ədəd patron darağı və 17 ədəd müxtəlif çaplı patron, habelə həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 940 kiloqram olan 1449 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.