XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 21:06

Bakıda bir gündə2 intihar

Bakıda daha iki intihar hadisəsi baş verib. Xəzər rayonu Zirə qəsəbəsi Südçülük yaşayış massivində 1955-ci il təvəllüdlü Əkbərova Rübabə Hacıbaba qızı sirkə turşusu içərək özünü zəhərləyib.

Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, R.Əkbərova öd kisəsi və böyrəklərinin ağır xəstəliyindən əziyyət çəkirmiş.

Oxşar hadisə Binəqədi rayonunda da baş verib. Gülüstan küçəsi 15 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Məmmədova İlahə Bəhrulla qızı özünü yaşadığı evin həyətində iplə asıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır(lent.az).