XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 14:45

Polis və prokurorluq birgə məlumat yaydı:Yol cinayəti

Paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü “isti izlər”lə açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun daxil olmuş birgə məlumatında bildirilir ki, iyunun 7-də gecə saat 1 radələrində Nizami rayonu, Babək prospekti, 75 saylı evin qarşısında şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi avtomobillə yolu keçən naməlum qadını vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin 1978-ci il təvəllüdlü, Bakı şəhər sakini Vadim Mixayloviç Yakuşevin idarə etdiyi “BMV 520” markalı 90-UU-748 dövlət nömrə nişanlı avtomobillə törədilməsi müəyyənləşdirilib.

Cinayətin V.Yakuşev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. 

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq tədbirləri davam etdirilir.