XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 12:38

Polis 4 rayonda əməliyyat keçirdi –Külli miqdarda narkotik aşkarlandı

polis-1

Azərbaycanda polis bir gündə 4 rayonda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Strateq.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşları tərədindən Baş Küngüt kəndi ərazisindən yabanı halda bitmiş 557 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçala qəsəbə sakini Elşad İmanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb. E.İmanov tutulub.

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçala qəsəbə sakini Xəqani Əhmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb. X.Əhmədov tutulub.

Şirvan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qanbayevin evinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif Sultanova məxsus həyətyanı sahədən 93 ədəd çətənə kolu aşkar edilərək götürülüb.