XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 17:13

Prokuror Qənimət Zahidin qohumlarına 8 il 6 ay həbscəzası istəyib

qenimet-zahid

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə prokuror çıxış edib.

Vəkil Bəhruz Bayramovun Amerikanın Səsinə verdiyi məlumata görə prokuror çıxış edərək hər bir təqsirləndirilənin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rüfət Zahidovun hüquqlarını müdafiə edən vəkil Bayramov prokurorun çıxışından sonra müdafiə nitqi söyləyib.

Müdafiə nitqində müdafiə etdiyi şəxsin heç bir cinayət törətmədiyini və məhkəmədən onun barəsində bəraət hökmünü çıxarılmasını istəyib.

Rövşən Zahidovun vəkili müdafiə nitqi üçün hazır olmadığından proses iyunun 20-dədavam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.