XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 14:24

Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə DTX-dan –Açıqlama

mtn-00

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə yayılan məlumatlara münasibət bildirib.

DTX-nin ictimai əlaqələr şöbəsindən bildirilib ki, hazırda bu məsələ ilə əlaqədar müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda Ermənistan vətəndaşına məxsus sənəd tapılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanın qarşısında, orada yaşayan 1979-cu il təvəllüdlü İlkin Alim oğlu Məmmədov Ermənistan vətəndaşına məxsus sürücülük vəsiqəsi tapıb. Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi 27 avqust 2014-cü ildə tarixdə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib. 

Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır. 

APA