XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2015 - 08:13

ANS-in aparıcısı qəza törətdi – FOTO

ANS telekanalının məşhur simalarından biri olan Nigar Mahmudova idarə etdiyi avtomobil ilə zəncirvari qəzaya səbəb olub

Strateq.az publika.az-a istinadən xəbər verir ki, Dərnəgül yolunda qeydə alınan hadisə zamanı Mahmudovanın idarə etdiyi 90-HB-373 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil ilə yanaşı, daha 2 avtomobilə də ziyan dəyib. Hadisə Dərnəgül yolunda, körpünün üstündə baş verib.

Qəzaya səbəb kimi ara məsafənin düzgün seçilməməsi göstərilir. Qarşısındakı avtomobilin dayandığının fərqinə varmayan Mahmudova əyləci basmağa gecikib. Beləliklə, alagözlü aparıcı qarşısındakı avtomobili vurub.
Hadisə zamanı xəsarət alan olmayıb.