Ucar rayonunda doğuşdan sonra dünyasını dəyişən körpənin ölüm səbəbələri araşdırılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır.
Araşdırmalardan sonra körpənin ölümündə həkim səhlənkarlığının olub-olmadığı məlum olacaq.
Qeyd edək ki, rayon sakini, 1985-ci il təvəllüdlü Dilarə Mehdiyeva Ucar rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib. Körpə əməliyyatdan bir neçə saat sonra xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.