XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 15:29

“Son zəng”də iki nəfəri bıçaqlayan şəxslərinadları məlum oldu

İyunun 14-də Gədəbəy rayonunun Çaldaş kəndində keçirilən "Son zəng" tədbirində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı saxlanılan şəxslərin adları məlum olub.

Trend-in məlumatına görə, hadisə zamanı iki nəfəri bıçaqlamaqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və 1982-ci il təvəllüdlü Əli Məmmədov saxlanılıb.

Gədəbəy rayon Polis Şöbəsindən Trend-ə bildiriblər ki, hazırda hadisə ilə bağlı təhqiqat aparılsa da, fakta görə cinayət işi başlanmayıb. Hadisənin konkret hansı səbəbdən baş verdiyi də hələ məlum deyil.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, dava sərxoşluq zəminində baş verib. Gənc həmyerlilər kifayət qədər spirtli içki qəbul etdikdən sonra sevdikləri qıza görə qan töküblər.

Xatırladaq ki, dünən Gədəbəy rayonunun Çaldaş kəndində məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində kütləvi dava baş verib. Hadisə nəticəsində 1 kənd sakini, 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y.Nəbiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, R.Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. R.Nəbiyev vəziyyəti nisbətən ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Yaşar və Röyal Nəbiyevlər əmioğludurlar.