XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 11:31

Həmyerlimiz bəraət aldı

Rusiyanın Xantı-Mansiysk vilayətinin Yuqra şəhərində 23 yaşlı Yuliya Pıxteyevanı qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlı Maarif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə 20 yaşlı M. Məmmədova “zorlama” və “ölümlə hədələmə” maddələri üzrə bəraət verib.

İstintaqın irəli sürdüyü “zorlama” və “ölümlə hədələmə” maddələri üzrə ittihamlar sübuta yetirilmədiyindən məhkəmə onları yetərsiz sayıb.

“Məhkəmə Məmmədovun vəkilinin mövqeyini qəbul etdi. Bildirdi ki, əgər Y. Pıxteyeva Məmmədov tərəfindən zorlanması barədə polisə şikayət etməyibsə, demək belə bir şey olmayıb. Ona görə də Məmmədov günahkar deyil” deyən mərhum tələbə Y. Pıxteyevanın qardaşı məhkəmənin qərarına etiraz edəcəklərini bildirib.

Onun sözlərinə görə, istintaq da məhkəmə qərarından yuxarı instansiyaya şikayət edəcək.

Qeyd edək ki, 2014-cü ilin oktyabrında birinci instansiya məhkəməsinin qərarı ilə M. Məmmədov qətldə təqsirli bilinərək 13,2 il müddətinə azadlıqdan məhrum edilib. Prosesdə məhkəmə zorlama və ölümlə hədələmə epizodları üzrə ittihamları əsassız hesab edib. Dövlət ittihamçısı və mərhumun ailəsi məhkəmənin qərarından apelyasiya şikayəti veriblər. Onların apelyasiya şikayəti qismən təmin olunub və M. Məmmədovun cinayət işi 2014-cü il 17 dekabr tarixli məhkəmə qərarı ilə “zorlama” və “ölümlə hədələmə” ittihamlarının yenidən baxılması üçün istintaqa geri qaytarılıb və onun barəsindəki məhkəmə hökmü ləğv edilib.

Xatırladaq ki, qətl hadisəsi 2014-cü il mayın 14-də baş verib. Cinayət işində qeyd olunub ki, həmin gün Yuqra şəhərindəki uşaq bağçalarının birində işləyən 23 yaşlı Y. Pıxteyeva anası ilə birlikdə evlərinə qayıdarkən azərbaycanlı M. Məmmədov ona hücum çəkib və dalbadal bıçaq zərbələri endirib. Qız aldığı bıçaq zərbələrindən yerindəcə ölüb. Anası nə qədər cəhd etsə də, qızını onları izləyən qatildən xilas edə bilməyib.

Hadisə yerli mətbuatda geniş rezonansa səbəb olub. Qətlin geniş ictimai rezonansa səbəb olması yerli hakimiyyət orqanlarını hərəkətə gətirib. Xantı-Mansiysk qubernatoru, vilayətin İstintaq İdarəsi Yuqraya gedib və bu qətllə bağlı işi nəzarətə götürüb.