XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 19:41

Dənizdə batan gəncinmeyiti tapılıb

Bakıda dənizdə batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralı, nəzarətsiz ərazidə) 1993-cü il təvəllüdlü Mustafayev Məhəmməd Əşrəf oğlunun suda batması haqqında məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq M.Mustafayevin meyitini sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17.35-də başa çatıb.