XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 10:40

Şəmkirdə agır yol qəzası:4 ölü, 5 yaralı

Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb.

Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Hadisə zamanı Gəncə sakini, 25 yaşlı İntiqam Muxtarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə “VAZ 2106” markalı nəqliyyat vasitəsi toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobillərdə olan 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, 3 nəfər dünyasını dəyişib, 4 nəfərin isə vəziyyəti ağırdır. Ölən dərd nəfərin bir ailənin üzvləri olduğu bildirilir.