Bakıda daha bir qadın alverçisi yaxalanıb.
Daxili İşlər Nazirliyinin saytında yayılan xəbərə görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Astara rayon sakini Aygün Məmmədovanın qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.