Bakıda bir nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara başlayıb.
Dənizdə batmış 1959-cü il təvəllüdlü Əliyev İntiqam Həbib oğlunun cəsədi bu gün (batdığı yerdən 1000 metr aralıda) Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 08:15-də başa çatıb.