XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 14:04

Bakı-Sumqayıt yolundayanğın

Səhər saatlarında Bakı-Sumqayıt yolunda yanğın baş verib. Yanğının meşə zolağına keçməsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunda 2000 kv.m sahədə quru ot və kol-kos sahəsində yanğın baş verib. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib və ərazidəki meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 11:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.