XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 18:38

Xaçmazda avtomobillə su kanalına düşənailə xilas olundu

Xaçmazda avtomobillə su kanalına düşən bir ailənin dörd üzvünü həmkəndliləri xilas edib.

Hadisə iyunun 17-də rayonun Gödəkli kəndi ərazində baş verib. Həmin kəndin sakini 25 yaşlı Sirac Mahmudov “VAZ 2106” markalı avtomobilini xəstəxanadan qayıdan zaman ehtiyatsızlıqdan Xan arxı kanalına aşırıb. Hadisə zamanı avtomobildə sürücünün iki körpə övladı və anası Lalə Mahmudova da olub.

Sürücünün dediyinə görə, avtomobil hərəkətdə olduğu zaman arxa oturacaqda əyləşən körpənin halı qəflətən pisləşib. Nə baş verdiyini müəyyənləşdirmək üçün arxaya çevrilən Sirac Mahmudov idarəetməni itirib və maşını yolun kənarındakı kanala aşırıb.

Xoşbəxtlikdən onun arxasınca hərəkət edən avtomobildəki həmkəndliləri köməyə çata bilib. Sürücünün qonşusu Mahmud Mahmudov öz həyatını təhlükəyə ataraq kanala tullanıb. Yüz metrə yaxın suyun axarı boyunca hərəkət edən ailə üzvləri çətinliklə də olsa kanaldan çıxarılıb.

Hadisə şahidləri 40 günlük Nicatın və 2 yaşlı Aydanın sürətlə axan suyun ağuşundan möcüzə nəticəsində xilas edildiyini söyləyiblər.

Yararsız hala düşən avtomobil isə əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun əməkdaşları tərəfindən kanaldan çıxarılıb(azərtac).