XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 10:49

İş adamı Rza Zərrabın məhkəməsi –Cəmi 10 dəqiqə davam edib

zerrab

Dünən müğənni Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrabın məhkəməsi baş tutub.

Türkiyə mətbuatının xəbərinə görə, Nyu-Yorkda baş tutan məhkəmə 10 dəqiqə davam edib. İyulun 6-a təxirə salınan qarşıdurmada əsas söz müdafiə tərəfə veriləcək. 

7 ay sonra, 2017-ci il yanvarın 23-də isə münsiflər heyətinin də olduğu proses baş tutacaq. Həmin vaxta qədər Zərrab baş prokurorluqla razılığa gəlməzsə, fevralda onun haqqında son qərar veriləcək(Axsam.az). 

Qeyd edək ki, martın 19-da həyat yoldaşı və qızı ilə Mayamidə istirahət edərkən ABŞ polisi tərəfindən həbs edilən R.Zərrab fırıldaqçılıq, "çirkli pulların" yuyulması, İrana qoyulan embarqonu pozmaqda ittiham edilir. Onun təzminatla azadlığa çıxmaq tələbi isə keçən həftə rədd edilib.