XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 08:18

Polis “Hətəmpaşa xanımı” öldürəni yaxaladı – Qatil sevgilisiymiş

Bakının Səbail rayonunda – Axundov bağının yaxınlığındakı mənzildə qətlə yetirilən 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızını qətlə yetirən şəxsi Səbail Rayon Polis İdarəsi əməkdaşları həbs ediblər.

Həbs edilən şəxs 1995-ci ildə anadan olan Şahlar Həmid oğlu Əliyevdir.

Məlumata görə, onun barəsində Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və istintaq aparılır.

Mərhumun yaxınlarının mediaya sızdırdıqları məlumatlara görə, qatillə A.Dəmirovanın çox yaxın münasibətləri olub – onlar sevgiliymiş və elə hadisə də qısqanclıq zəminində baş verib.

Qeyd edək ki, qətlə yetirilən Ayla Dəmirova keçən ay mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə düşmüşdü. O vaxt məlum olmuşdu ki, sən demə, Ayla Dəmirova əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsini dəyişib.

Xatırladaq ki, dünən Ayla Dəmirovanın fotoları və sənədlərinin surəti də mətbuatda yayılıb.