XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 12:50

Xaçmazda ağır yol qəzası:ölən və yaralanan var

Bu gün səhər saatlarında Gəndov-Yalama avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınan qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.

Şəmkir rayon sakini, 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi “Mercedes” markalı avtomaşınla əks istiqamətdə hərəkətdə olan Xaçmaz rayon sakini, 26 yaşlı Toğrul Məhərrəmovun idarə etdiyi “Priora” markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində Toğrul Məhərrəmov ölüb, “Mercedes”in sürücüsü Tural Qəmbərov isə müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.

Qəzaya uğrayan hər iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.