XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 12:33

Həbsdə olan müdafiə nazirinin sabiq müavini şikayət edib –Məhkəmə prosesi

mehman-selimov

Müdafiə nazirinin sabiq müavini Mehman Səlimov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Onun şikayətinə yaxın günlərdə baxılacaq. O, şikayətində bəraət hökmü çıxarılmasını istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib(APA).