XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 İyun 2016 - 16:28

“Sınıq Körpü”dəsiqaret əməliyyatı

gomruk-2

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 2 avtomobilə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində aksiz markası olmayan, ümumilikdə 10 400 ədəd siqaret aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.