XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 20:42

Ağcabədidə qanlı faciə:Kişi arvadını, qaynana və qaynatasını öldürdü –İntihar etdi

qetl

Ağcabədidə kişi arvadı, qayınanası və qayınatasını qətlə yetirərək, intihar edib. 

 Ağcabədidə Xocavənd sakiniQuliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı Ayfan Səfərova, qaynanasıNazilə Səfərova və  qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib. Hadisə Quliyev Ələsgər Əşrəf oğlunun qayınatasının evində baş verib. Quliyev Ələsgər Əşrəf oğlu hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib. (APA)

Qətlə yetirilən Səfərov Ənvər, Səfərova Nazilə və  Səfərova Ayfan Ağdamrayonu Mərzili kənd sakinləridir, Ağcabədi rayon ərazisində məskunlasıblar. Quliyev Ələsgər Əşrəf oğlu isə Beyləqanda məskunlaşmış Xocavənd sakinidir. 

Şahidlərin sözlərinə  görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin, ərazinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alındığını görərək, özünə atəş açaraq intihar edib.